AbzasMedia Profile Banner
AbzasMedia Profile
AbzasMedia

@AbzasMedia

Followers
6K
Following
130
Statuses
6K

AbzasMedia korrupsiya araşdırmaları edən müstəqil media platformasıdır. Dəstək üçün Youtube kanalımıza abunə olun: https://t.co/5ujWXrPI3r

Bakı
Joined January 2011
Don't wanna be here? Send us removal request.
@AbzasMedia
AbzasMedia
8 months
Əziz izləyicilər! Abzas Media sizi operativ və qərəzsiz məlumatlarla təmin etməkdə davam edir. Qarşınıza çıxan sosial-iqtisadi və siyasi məsələlərlə bağlı problemləri foto, video və audio formatında bizə göndərə bilərsiniz.
Tweet media one
5
6
35
@AbzasMedia
AbzasMedia
2 days
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlara və İsrailə qarşı “qanunsuz və əsassız hərəkətlərinə” görə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyaların tətbiqini nəzərdə tutan fərman imzalayıb. Sənəd Ağ Evin rəsmi saytında dərc edilib. Sənəddə qeyd edilir ki, məhkəmə səlahiyyətlərindən sui-istifadə edərək İsrailin baş naziri Binyamin Netanyahunun və keçmiş müdafiə naziri Yoav Qalantın həbsi üçün əsassız orderlər çıxarıb. “BCM nə Birləşmiş Ştatlar, nə də İsrail üzərində yurisdiksiyaya malikdir, çünki bu dövlətlərin heç biri Roma Statutunun iştirakçısı və ya BCM-in üzvü deyil. Hər iki ölkə heç vaxt məhkəmənin yurisdiksiyasını tanımayıb və hər ikisi qanunlara ciddi riayət edən orduları olan inkişaf etmiş demokratiyalardır”, – deyə Tramp bəyan edib. ABŞ-nin tətbiq etdiyi sanksiyalar BCM-in vəzifəli şəxslərinin, əməkdaşlarının və agentlərinin, eləcə də onların ailə üzvlərinin aktivlərinin dondurulmasını və ölkəyə girişinin dayandırılmasını nəzərdə tutur. BCM 2024-cü ilin noyabr ayında Netanyahu və Qalant barəsində həbs orderləri çıxarıb. Birinci ilkin istintaq palatası bəyan edib ki, onlar digər şəxslərlə birlikdə müharibə cinayəti (aclığın müharibə aparma üsulu kimi istifadəsi) və insanlığa qarşı cinayətlər – “qətl, təqib və digər qeyri-insani əməllər” törətməkdə məsuliyyət daşıyırlar. İsrail Prezidenti İsaaq Hersoq BCM-in qərarını “qərəzli və qəbuledilməz” adlandırıb. Netanyahunun ofisinin müşaviri Dmitri Hendelman isə bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi “İsrailin müttəfiqlərindən təcrid olunmasına və ölkəmizə qarşı terror hücumlarının dəstəklənməsinə yönəlmiş, antisemit xarakterli total dezinformasiya kampaniyasına dəstək vermək qərarına gəlib”. Tramp fevralın 4-də Netanyahu ilə görüşüb. O, Trampın hakimiyyətə gəldikdən sonra Ağ Evdə qəbul etdiyi ilk xarici lider olub.
Tweet media one
0
0
2
@AbzasMedia
AbzasMedia
2 days
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Prezident İlham Əliyevin fevralın 7-də imzaladığı sərəncamda belə deyilir. Anar Əliyev bundan əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsini icra edib. Ona qədər isə nazirlikdə Aparat rəhbəri vəzifəsində çalışıb. Fevralın 6-da İlham Əliyevin sərəncamı ilə Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilərək maliyyə naziri təyin olunub, yeni nazir postu isə Anar Əliyevə həvalə edilib.
Tweet media one
0
2
11
@AbzasMedia
AbzasMedia
2 days
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Bakıdakı "Rus Evi" ətrafında  yaranan vəziyyəti anlaşılmazlıq adlandırıb.Peskov əlavə edib ki, məsələ müxtəlif səviyyələrdə müzakirə olunacaq. “Biz təəssüflənirik. Əgər yüksək səviyyədə təmaslar olarsa, bu məsələnin iki dövlət başçısının dialoqunda da müzakirə oluna biləcəyini istisna etmirik", – deyə Peskov əlavə edib. Fevralın 6-da Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib. Bildirilib ki, bu addım müasir Azərbaycanın öz milli maraqlarını qorumaq istiqamətində ardıcıl kursu davam etdirdiyinin bir daha sübutudur və haradan qaynaqlanmasından asılı olmayaraq, kənar müdaxilələrə artıq dözmək niyyətində olmadığını göstərir. Azərbaycan özü donora çevrilib və xüsusilə qeyri-şəffaf sxemlər əsasında və strukturu açıq şəkildə kəşfiyyat xarakterli olan təşkilatlar vasitəsilə verilən kənar yardıma ehtiyacı yoxdur. “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov “Rossiya-24” telekanalının efirində Bakıda Rusiya mədəniyyət mərkəzinin ("Rus Evi") qeydiyyata alınmasının zəruriliyi ilə bağlı Azərbaycandan bildiriş aldığını təsdiqləyib. “Bildirişdə qeyd olunub ki, “Rus Evi” yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyata alınmalıdır”, – deyə Primakov bildirib. Bir müddətdir hökumətyönlü media qurumları Bakıda  yerləşən rus mədəniyyətinin və ədəbiyyatının təbliği üçün nəzərdədə tutulan “Rus Evi“nin Rusiyanın kəşfiyyat orqanlarından aldıqları əmr və tapşırıqlar əsasında fəaliyyət göstərdiyini iddia ediblər. Bu evlər Müstəqil Dövlətlər Birliyi üzrə federal agentlik olan “Rossotrudniçestvo”nun tabeliyində fəaliyyət göstərir. Federal agentliyin rəhbəri Yevgeni Primakov anti-Rusiya təbliğatına qoşulan Azərbaycan KİV-lərini məhkəməyə verəcəyini bildirib. Bunun ardınca Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfirini XİN-ə, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov isə Azərbaycanın Xarici İşlər Nazirliyinə dəvət olunub. Tərəflər arasında gərginlik hələ də davam edir.
Tweet media one
0
0
3
@AbzasMedia
AbzasMedia
3 days
Bir ildən çoxdur əsassız ittihamlarla həbsdə saxlanılan “Abzas Media”nın əməkdaşı Məhəmməd Kekalovun 24 yaşı tamam olur. O da həbsdə olan digər həmkarları kimi ad gününü sevdiklərindən uzaqda – təcridxanada qeyd edir. 2023-cü il noyabrın 20-də mülki geyimli şəxslər Məhəmməd Kekalovu evindən zorla aparandan sonra ondan 2 gün xəbər almaq mümkün olmamışdı. Yalnız saxlanılandan 3 gün sonra hüquq-mühafizə orqanları Məhəmmədin yerini açıqlayıb və ailəsinin tutduğu vəkilə onunla görüşmək imkanı verilib. Həmin görüşdə Kekalov vəkildən imtina edib, dövlət tərəfindən təyin edilən başqa bir vəkillə təmin olunduğunu deyib və onun üçün narahat olan hər kəsə təşəkkürünü bildirib. Bu görüşdən sonra Məhəmməd Kekalovdan xəbər almaq mümkün olmayıb. Bir ildən çox müddətdə o, heç bir müdafiə hüququndan istifadə edə bilməyib. Məhəmməd 2001-ci il fevralın 6-da Zaqatalada anadan olub. 2006-2017-ci illərdə Zaqatala rayonu Humanitar Fənlər Gimnaziyasında təhsil alıb. 2018-ci ildə ABŞ-da 9 aylıq “FLEX” proqramını bitirib və “HBS CELP” təqaüdçüsüdür. 2019-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb. 2022-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alıb. Məhəmməd Kekalov tələbəlik illərindən sosial biznes və ictimai fəaliyyətlə məşğul olub. O, təsisçisi və direktoru olduğu “Kekamaps” layihəsi çərçivəsində Bakının inklüziv yerlərini işarələyən xəritə proqramının üzərində işləyib. Həmçinin əlilliyi olan şəxslər üçün nəzərdə tutulan “Kekalove Adaptive Fashion” geyim brendini yaradıb. Məhəmməd Kekalov 2020-ci ildə, cəmi 19 yaşında ikən “Big IDEA Challenge” müsabiqəsi üzrə “Kekalove” startapı ilə Dünya Çempionu olub. Kekalov eyni zamanda əlillərin hüquqları ilə bağlı maarifləndirici işlərlə də məşğul olub. Məhəmməd Kekalov digər “Abzas Media”çılar kimi qaçaqmalçılıqda təqsirləndirilir. Məhkəmə ittihamedici hökm çıxararsa, onları 8 ildən 12 ilədək həbs cəzası gözləyir.
Tweet media one
1
4
13
@AbzasMedia
AbzasMedia
3 days
Jurnalistlər Şəmşad Ağayev və Şahnaz Bəylərqızı həbs edilib. Fevralın 6-da Xətai Rayon Məhkəməsində jurnalistlərin məhkəmə prosesləri keçirilib. “Arqument az” saytının baş redaktoru Şəmşad Ağayev barəsində 2 ay 1 gün, jurnalist Şahnaz Bəylərqızı barəsində 3 ay 15 gün həbs qətimkan tədbiri seçilib. Məhkəmədə çıxış edən Şəmşad Ağayev saxlanılarkən zorakılığa məruz qaldığını bildirib. Şəmşad Ağayev “Meydan TV işi” üzrə, Şahnaz Bəylərqızı “Toplum TV işi” üzrə həbs olunublar. Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyirlər. Bizə dəstək olmaq üçün digər kanallarımıza da abunə olun:
1
2
7
@AbzasMedia
AbzasMedia
3 days
Azərbaycanda jurnalistlərin qaçaqmalçılıq ittihamı ilə kütləvi həbsləri davam edir Fevralın 6-da Xətai rayon Məhkəməsində jurnalistlər Şəmşad Ağayev və Şahnaz Bəylərqızının (Hüseynova) məhkəmə prosesləri keçirilib. “Arqument az” saytının baş redaktoru Şəmşad Ağayev barəsində 2 ay 1 gün, jurnalist Şahnaz Bəylərqızı barəsində isə 3 ay 15 gün həbs qətimkan tədbirləri seçilib. Şahnaz Bəylərqızının yaxınlarının məlumatına görə, vəkili Bəxtiyar Hacıyev məhkəmədə hakim Fuad Axundovun diqqətinə çatdırıb ki, jurnalistin himayəsində 2 azyaşlı uşağı var, səhhətində ciddi problemlər mövcuddur və həbsdə saxlanılması üçün heç bir əsas yoxdur. Buna baxmayaraq, prosesdə iştirak edən müstəntiq Əlibala Hacıyev bildirib ki, bu iş üzrə yeni cinayət işi açılıb və jurnalist mütəşəkkil dəstənin digər üzvlərinə təsir göstərə bilər. Buna görə də o, həbsdə qalmalıdır. Şahnaz Bəylərqızı da məhkəmədə çıxış edib və ittihamları qəbul etmədiyini, həbsinin jurnalistika fəaliyyəti ilə bağlı olduğunu deyib. Vəkil Bəxtiyar Hacıyevin verdiyi məlumata görə, hazırkı iş “Toplum TV işi” üzrə cinayət işindən yanvarın 21-də ayrı icraata ayrılıb. Ətraflı oxu:
Tweet media one
0
1
2
@AbzasMedia
AbzasMedia
3 days
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vəzifəsindən azad edillərək maliyyə naziri təyin edilib. Prezident İlham Əliyevin fevralın 6-də imzaladığı sərəncamlarda belə deyilir. Sahil Babyevə qədər maliyyə naziri postunu tutan Samir Şərifov isə yanvarın 10-da maliyyə naziri  vəyifəsindən azad edilərək baş nazirin müavini təyin edilib. Samir Şərifov 19 il, Sahil Babayev isə 6 il nazir vəzifəsini icra edib. Onların hər ikisinin adı vəzifələrini icra etdikləri dövrdə qeydə alınan böyük korrupsiya qalmaqallarında hallanıb. Şərifov həm 2015-ci ildə bir-birinin ardınca manatın devalvasiyaya uğramasında, həm də Azərbaycan Beynəlxalq Bankından yoxa çıxan milyardlarla vəsaitlə açılan cinayət işində çəkilirdi. Amma 2021-ci ildə Şamir Şərifov maliyyə sahəsində uzunmüddətli  səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən Şöhrət ordeninə layiq görülüb. Sahil Babayevin əmək və əhalinin sosial müdafiəsi nazirliyində olduğu dövrdə təqaüdlər, ünvanlı sosial yardım və əlillik dərəcəsi ilə bağlı şikayətlərlə yanaşı, Qarabağ qaziləri üçün nəzərdə tutulan evlərin tikintisi zamanı yol verilən külli miqdarda yeyintiyə dair açılan cinayət işində də keçib.
Tweet media one
0
0
4
@AbzasMedia
AbzasMedia
4 days
“Abzas Media”nın qondarma ittihamlarla həbs edilən əməkdaşı Elnarə Qasımova növbəti doğum gününü də dəmir barmaqlıqlar arxasında keçirir. Bu gün jurnalist Elnarə Qasımovanın 29 yaşı tamam olur. O, həbs olunacağını bilə-bilə ikinci dəfə dindirilmək üçün getdiyi Bakı Şəhər Baş Polis İdarəsində təqsirli şəxs qismində saxlanılıb. Elnarə də “Abzas Media”nın həbsdə olan digər əməkdaşları kimi qaçaqmalçılıqda ittiham olunur. Elnarə Qasımova 1996-cı il fevralın 5-də Bakıda anadan olub. O, 2014-cü ildə Bakı Dövlət Nəqliyyat və Rabitə Kollecini, 2016-cı ildə isə Bakı Jurnalistika Məktəbini bitirib. Jurnalist bu illər ərzində “Meydan TV”, “Mikroskop Media”, “Amerikanın Səsi”, “Abzas Media”, “Açıq Azərbaycan” kimi media orqanları ilə əməkdaşlıq edib. O, peşə fəaliyyətini yerinə yetirərkən dəfələrlə təzyiqlərə məruz qalıb, polis zorakılığı ilə üzləşib. 2021-ci ildə etiraz aksiyasını lentə alan Elnarəni Xəzər Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb, idarədə onu təhdid ediblər. 2024-cü il yanvarın 13-də saxlanılan Elnarə Qasımova bir ildən çoxdur həbsdədir. O da “Abzas Media”nın həbsdə olan digər əməkdaşları kimi ittihamları rədd edir və həbsinin jurnalistika fəaliyyəti ilə bağlı olduğunu deyir.
Tweet media one
3
3
18
@AbzasMedia
AbzasMedia
4 days
“Abzas Media”nın bir ildən artıqdır əsassız ittihamlarla həbsdə saxlanılan baş redaktoru Sevinc Vaqifqızı İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya açıq məktub ünvanlayıb. Jurnalist məktubunda qeyd edib ki, Səbinə Əliyevanın “Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatının icraçı direktoru Tirana Həsənə yazdığı açıq məktubu oxuyandan sonra ona yazmaq qərarına gəlib. Sevinc Vaqifqızının Ombudsman Səbinə Əliyevaya açıq məktubunu olduğu kimi təqdim edirik. “Xanım Əliyeva, bu, mənim sizə ilk açıq məktubumdur. Amma həbsdə olduğum 1 il 3 ay müddətində təcridxanaya göndərdiyiniz nümayəndələr vasitəsilə sizə 2 məktub göndərmişəm. O məktublarda təcridxanada baş verən işgəncə, korrupsiya cinayətləri, 1 saylı Bakı İstintaq Təcridxanasının (BİT) əməkdaşlarının həbs olunmuş şəxslərlə qeyri-insani rəftarı barədə yazmışam. Sizə yazdığım halları abzasçılar olaraq həm də media vasitəsilə ictimailəşdirmişik. Bütün vasitələrlə sizə məlumat çatdırdığımız halda “Human Rights Watch” təşkilatına yazdığınız məktubda qeyd edirsiniz ki, “Milli Preventiv Qrupun üzvləri “Human Rights Watch”ın hesabatında adı çəkilən bir sıra şəxslərlə görüşlər keçirib və onlara qarşı işgəncə və ya qeyri-insani rəftar hallarına dair heç bir fakt aşkarlanmayıb”. Davamını oxumaq üçün:
Tweet media one
692
7
20
@AbzasMedia
AbzasMedia
4 days
Jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) saxlanılıb. Yaxınlarının dediyinə görə, fevralın 5-də müstəntiqin iştirakıyla jurnalistin evində axtarış aparılıb, telefonları və laptopu götürülüb. Şahnaz Bəylərqızı Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumatı APA-ya təsdiqləyiblər. Bildirilib ki, polis Şahnaz Bəylərqızını istintaq zərurəti ilə əlaqədar saxlayıb. DİN-dən araşdırma aparıldığı qeyd edilib.
Tweet media one
1
2
9
@AbzasMedia
AbzasMedia
4 days
Jurnalist Şəmşad Ağayevin saxlanıldığı bildirilib. “Amerikanın Səsi”nin məlumatına görə, bu barədə jurnalistin qardaşı Şahin Ağayev xəbər verib. O deyib ki, Şəmşad Ağayev fevralın 5-i, gecə saatlarında saxlanılıb. “Gecə saat 2 radələrində müstəntiq və 7-8 maskalı polis əməkdaşı qapımızı döydü. Qapını açanda Şəmşadı gördüm. Polislər evimizə girdilər, hər yeri axtardılar. Şəmşadın köhnə telefonunu, mənim telefonumu, yaddaş kartlarını, bir neçə köhnə diski, komputeri, modemi, Şəmşada aid olan jurnalist vəsiqələrini götürdülər. Daha sonra protokol tərtib etdilər. Şəmşad yalnız dedi ki, onu tutublar. Hansı işlə bağlı tutduqları barədə bir söz demədi”, - deyə Şahid Ağayev bildirib. Jurnalistin nədə ittiham edildiyi hələlik məlum deyil. Onun “Meydan TV işi” çərçivəsində şübhəli şəxs qismində saxlanıldığı ehtimal edilir.
Tweet media one
3
6
22
@AbzasMedia
AbzasMedia
5 days
Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsi ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrini əks etdirən hesabat yayıb. Sənəddən aydın olur ki, təyyarədəki yanğının əsas mənbəyi sağ qanad, gövdənin burnu və mərkəzi hissələri və sol qanad olub. Mütəxəssislər gövdənin quyruq hissəsində, şaquli stabilizatorda, sükanda müxtəlif ölçülü və formalı çoxsaylı açıq və qeyri-müəyyən zədələr aşkar ediblər. Oxşar zədələr təyyarənin sol mühərrikində və sol qanadında, həmçinin təyyarənin hissələri və komponentlərində aşkar edilib. Bəzi yerlərdə zədələr düzbucaqlı formada olub. Hesabatda indiyədək dərc edilməyən fotolar da öz əksini tapıb. Sənəddə qeyd edilib ki, “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Vurğulanıb ki, hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapıb. Bununla yanaşı, hesabatdan məlum olub ki, "Kovyor" planı Azərbaycan təyyarəsinin vurulmasından 8 dəqiqə sonra işə salınıb. Davamını oxu:
Tweet media one
0
0
3
@AbzasMedia
AbzasMedia
5 days
Azərbaycan Milli Məclisində 2020-ci il martın 10-dan 2024-cü il dekabrın 29-nadək ümumilikdə 1115 qanun layihəsi qəbul olunub. Qanun layihələrindən 963-nü Prezident, 151-ni Milli Məclis təklif edib. Bu qanun layihələrindən 1031-i VI çağırış Milli Məclisində, 84-ü isə VII çağırışda qəbul edilib. 2024-cü ildə qəbul edilən qanun layihələrindən birilə bağlı təklif Naxçıvan Muxtar Respublikasından gəlib.
Tweet media one
1
1
3
@AbzasMedia
AbzasMedia
5 days
1 saylı Bakı İstintaq Təcridxanasının qadın korpusunun əməkdaşı Aygül Babayeva buna qədər Sevinc Vaqifqızıya qarşı da zorakılıq etmişdi “Abzas Media”nın bir ildən çoxdur saxta ittihamlarla həbsdə saxlanılan daha bir əməkdaşı, jurnalist Nərgiz Absalamova 1 saylı Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qalıb. Bu barədə jurnalistin özü ailəsinə məlumat verib. O bildirib ki, vəkillə görüşdən qayıdarkən Sevinc Vaqifqızının saxlanıldığı kameraya yaxınlaşaraq ona salam vermək istəyib. Bu zaman onu xüsusi zorakılıqla kameranın qarşısından uzaqlaşdırmağa çalışan Aygül Babayeva adlı nəzarətçi dırnaqları ilə jurnalistin qolunu bir neçə yerdən dərin cızıb. Nəticədə Absalamovanın qolunda yara izləri yaranıb. Jurnalistin bildirdiyinə görə, bu, həmin nəzarətçinin ilk belə davranışı deyil və o, bundan əvvəl də bir neçə dəfə onlara qarşı xüsusi zorakılıq və kobudluq hallarına yol verib. Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb. Davamı üçün:
Tweet media one
0
4
7
@AbzasMedia
AbzasMedia
5 days
“Meydan TV”nin əməkdaşı Ramin Cəbrayılzadənin (Deko) ev dustaqlığına buraxılmasına dair vəsatət təmin edilməyib. Jurnalistin vəkilinin həbsi nəzərdə tutmayan qətimkan tədbirinin seçilməsilə bağlı verdiyi vəsatətə fevralın 4-də Xətai Rayon Məhkəməsində baxılıb. Müdafiə tərəfi hesab edir ki, Ramin Dekonun həbsdə qalması üçün heç bir hüquqi əsas yoxdur. Prosesdə iştirak edən müstəntiq Nicat Osmanov jurnalistin həbsdən buraxılmasına etiraz edib, bunu istintaqın davam etməsi, azadlığa çıxacağı halda, prosesin gedişinə mane olmaq ehtimalı ilə əsaslandırıb. Hakim Fuad Axundov Ramin Dekonu həbsdən buraxmaqdan imtina edib. Jurnalistin vəkili qərardan apellyasiya şikayəti verəcəklərini bildirib. Ötən il dekabrın 6-da “Meydan TV” jurnalistləri polis əməliyyatı ilə saxlanılıblar. Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Dekabrın 8-də jurnalistlər Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Jurnalistlər ittihamları rədd edirlər və həbslərini peşəkar jurnalist fəaliyyətlərilə əlaqələndirirlər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da ittihamların uydurma olduğunu bildirir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırırlar.
Tweet media one
466
4
17
@AbzasMedia
AbzasMedia
6 days
Azərbaycanda ev təsərrüfatlarında heyvan, quş və arı ailələri saxlayanların sayı azalıb. Dövlət Statistika Komitəsinin 2023-cü il üzrə “Ev təsərrüfatları tədqiqatının yekunları”na dair yaydığı hesabat bunu deməyə əsas verir. Belə ki, 2005-ci ildə ölkə üzrə, məsələn, inək saxlayanlar ümumi əhalinin 32,8 faizini təşkil edibsə, 2023-cü ildə bu göstərici 20,8 faizə düşüb. Toyuq saxlayanların payı 2005-ci idə 53,5 faiz təşkil edibsə, 2023-cü ildə bu göstərici 45,5 faizə qədər enib. Qoyun saxlayanların sayı isə yarıbayarı azalıb, 15,6 faizdən 7 faizə düşüb.
Tweet media one
1
1
4
@AbzasMedia
AbzasMedia
6 days
Hər iki ölkənin prezidentləri arasında razılaşmaya görə, Laçın istisna olmaqla Ermənistan tərəf Qarabağ ətrafındakı bütün əraziləri tərk etməli imiş ABŞ Dövlət Departamenti 90-cı illərin sonunda Qarabağ münaqişəsinə dair məxfi sənədlər yayıb. “Azadlıq Radiosu”nun Ermənistan bürosunun yazdığına görə, Ermənistanla Azərbaycanın ozamankı prezidentləri Robert Köçəryanla Heydər Əliyev vasitəçilər olmadan, təkbətək formatda Meğrinin Qarabağla mübadiləsi haqqında razılığa gəliblər. Qarabağ danışıqlarında ərazilərin mübadiləsi variantı ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Pol Qoblun adı ilə bağlı olduğu üçün “Qobl Planı” kimi tanınır. Məhz o, bu ideyanı ilk dəfə 1992-ci ildə, Birləşmiş Millətlər Təşkilatının tapşırığı ilə keçmiş dövlət katibi Sayrus Vensin Qarabağa səfəri zamanı irəli sürüb. Qobl ABŞ Dövlət Departamentində yüksək vəzifə tutmurdu və onun təklifi rəsmi xarakter daşımırdı. Lakin açılmış sənədlər onu göstərir ki, bu məsələ artıq 1990-cı illərin əvvəlində, bağlı qapılar arxasında ən yüksək səviyyədə müzakirə olunurmuş – özü də Qobl tərəfindən deyil, Türkiyə hakimiyyəti tərəfindən. Bu variantı ilk dəfə kimin gündəmə gətirdiyini dəqiq demək çətindir, lakin etibarlı mənbələrə görə, Türkiyə prezidenti Turqut Özal hələ 1992-ci ildə – Ermənistanın müstəqilliyini elan etməsindən bir il sonra – bu təklifi ABŞ prezidentinə təqdim edib. Ətraflı oxu:
Tweet media one
6
0
13
@AbzasMedia
AbzasMedia
6 days
“Azel TV” Youtube kanalının rəhbəri, jurnalist Əfqan Sadıqov quru aclığa başlayıb.   Bu barədə “Turan”a jurnalistin xanımı Sevinc Sadıqova məlumat verib. O bildirib ki, 136 gündür aclıq edən həyat yoldaşı fevralın 2-də su və dərman qəbulundan da imtina edib.   Sevinc Sadıqova Əfqan Sadıqovdan quru aclıqdan imtina etməsini xahiş etsə də, o, bunu rədd edib.   “Əfqan dedi ki, quru aclığı axıradək davam etdirəcək. Onun sağlamlıq durumu çox ağırdır. Quru aclığa keçəndə 42 kiloqram çəki itirib”, - deyə Sadıqova söyləyib.   Yanvarın 31-də Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovun həbs müddətini daha 3 ay uzadıb.   Sevinc Sadıqova bildirib ki, Əfqan özü və vəkili məhkəmənin keçiriləcəyini son anda Sosial Ədalət Mərkəzindən öyrənib.   Müdafiə tərəfinin Əfqanın ev dustaqlığına və ya gürcü jurnalistlər qrupunun zaminliyi müqabilində buraxılması haqda vəsatətləri təmin edilməyib.   Bununla belə, Avropa İnsan Haqları Məhkəməsi Gürcüstan hakimiyyətinə iş üzrə yekun qərar qəbul edilənə qədər Sadıqovu Azərbaycana ekstradisiya etməmək göstərişi verib.   2023-cü ildən Gürcüstanda yaşayan jurnalist Əfqan Sadıqov ötən il avqustun 3-də Tbilisidə saxlanılıb. Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, Əfqan Sadıqov Bakıya ekstradisiya olunacaq. Azərbaycanda onun barəsində şantaj maddəsi ilə cinayət işi açılıb. Əfqan Sadıqov isə Youtube kanalında etdiyi tənqidi çıxışlarına görə repressiyaya məruz qaldığını deyib.   Sentyabrın 17-də Gürcüstan Miqrasiya Xidməti Əfqan Sadıqova sığınacaq verməkdən imtina edib.   2024-cü il noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi jurnalistin Azərbaycana ekstradisiya olunması barədə qərar qəbul edib.   2020-ci ildə pul tələb etmək ittihamı ilə 4 il müddətinə həbs edilən Əfqan Sadıqov yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. O, iki il həbsdə saxlanılandan sonra əfv sərəncamı ilə azadlığa buraxılıb.
Tweet media one
555
0
13